17 
Noy
2023
13:04
28
8
1008
Virtual karabakh

“CinemaPlus” “Bakıxanov Mall”da uşaqlar üçün bayram şənliyi keçirib - FOTO

17 Noy, 2023
13:04
1008

“CinemaPlus” “Bakıxanov Mall”da uşaqlar üçün bayram şənliyi keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıxanov Mall” ticarət mərkəzində yerləşən yeni “CinemaPlus” premium kinoteatrda uşaqlar üçün bayram tədbiri keçirilib.

Balaca qonaqlar və onların valideynləri “Happy Foodss” restoranında şam etdikdən sonra, animatorlar Nail Nəzərov və Yelena Bahabova uşaqlar üçün əyləncə proqramına başlayıblar.

Tədbir “Kəpənək hekayəsi” cizgi filminin nümayişi ilə başa çatıb.

Filmin rejissoru Sofi Roydur. Rolları Mena Massud, Tatyana Maslani, Tristan D.Lalla və başqaları səsləndiriblər.

Patrik çox qeyri-adi bir güvədir. O, çox ağıllı ixtiraçıdır. Eyni zamanda o, həyatının ən uzaq, ən həyəcanlı macərasına getməyi xəyal edir. Lakin Patrik uçmağı öyrənməyib, çünki uşaqlıqdan onun yalnız bir qanadı var. Buna görə o, hiylələrə, cəsarətli ixtiralara və sadiq dostların köməyinə müraciət etməli olacaq. Heç bir şeydə dayanmayacaq, səmada çırpınmaq və nəhayət, dünyanı yuxarıdan görmək arzusundan əl çəkməyəcək.

Tədbirin təşkilində “Bakıxanov Mall” Ticarət Mərkəzində yerləşən “Happy Foodss” restoranı, foto və video “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri