Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“CinemaPlus”da bu həftənin ən çox gözlənilən filmləri - VİDEO
İyulun 20-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-də istehsal olunan və dünyada ən çox gözlənilən iki film nümayiş olunacaq.
Real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik filmi:
Bu hekayə İkinci Dünya müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir.
Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-də, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.
Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən uzun və son 20 ildə “R” (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur) kimi qiymətləndirilən ilk filmdir .
Baş rolu Killian Mörfi canlandırıb, həmçinin Robert Dauni Junior, Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.
Filmin büdcəsi 100 milyon dollardır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində film rus və ingilis dillərində nümayiş olunur.
Rəylər