Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əsrarəngiz "Rafadan Tayfa: Kapadokya" macərası yalnız "CineMastercard"da
"CineMastercard" kinoteatrlar şəbəkəsi təkcə uşaqlara deyil, böyüklərə də sevinc bəxş edəcək "Rafadan Tayfa: Kapadokya" türk cizgi filminin nümayişinə başlayıb.
Filmin rejissoru İsmail Fidandır. Baş rolları Levent Kol, Hakan Coşar və Yagmur Sergen səsləndiriblər.
Film haqqında qısa məlumat:
Rafadan Tayfa üzüm məhsulu festivalı üçün Kappadokiyaya gedir. Yerli ləzzətlərin və sənət əsərlərinin kifayət qədər zəngin olduğu bu festivalda "Kappadokiya Tapmaca Ovu" tədbiri heyətin diqqətini həqiqətən cəlb edir.
İştirakçılar Kappadokiyanın müxtəlif yerlərində gizlənmiş ipuclarını axtarmalı, tapdıqları tapmacaları həll etməli və son hədəfi tapmalıdırlar.
Tapmaca ovu macərası başlayanda Xeyrinin yolu sirli saxsı qab axtaran agentlərlə kəsişir. Agentlərdən əvvəl Xeyrinin əlinə düşən saxsı qab onu agentlərin hədəfinə çevirir.
Tayfa agentlərin Kappadokiyada olduqlarına və bu saxsı qabı axtardıqlarına tam inanmır. Ancaq tapmaca ovu davam etdikcə, aşkar edilən yerlərlə saxsı qab arasında bir əlaqənin olduğu meydana çıxır. Adi görünən bu saxsı qab əslində Feniksin külünü saxlayır.
Yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində "Rafadan Tayfa: Kapadokya" cizgi filminə baxmaq şansını qaçırmayın və özünüzü maraqlı macəralar və sehrli sirlər dünyasına qərq edin!

"CineMastercard" teqi üzrə xəbərlər
- "Xocalı. Son toy..." filmi "CineMastercard" kinoteatrlar şəbəkəsində nümayiş olunur
- "CineMastercard" Las Veqasda "CinemaCon" konfransında təmsil olundu
- "CineMastercard"da "Minecraft kinoda" filminin premyeradan öncə nümayişi keçirildi
- "Tağıyev. Neft" filmini 70 mindən çox tamaşaçı izləyib
- "CineMastercard"da "Dayı: Bir Adamın Hikayesi 2" filminin qala gecəsi keçirilib