Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib.
Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabadın Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az
Rəylər