24 
Fev
2024
10:16
103
10
2472
Virtual karabakh

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edildi

24 Fev, 2024
10:16
2472

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 24-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Marvud Vaqifzadənin Ədliyyə Nazirliyi tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən verilən xəbərə görə, belə ki, 2021-ci ildə “World Telecom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunub. O, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri