Dek
2021
13:56
17
78
2307
Virtual karabakh

Şok sevgi hekayəsi haqqında “Gucci evi” filmi “CinemaPlus”da

2 Dek, 2021
13:56
2307

Şok sevgi hekayəsi haqqında “Gucci evi” filmi “CinemaPlus”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 2-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Gucci evi” və digər filmlərin siyahısı

"CinemaPlus” kinoteatrlar şəbəkəsində şok sevgi hekayəsi haqqında “Gucci evi” filminin nümayişi başladı. Süjet real hadisələr üzərində qurulub.

Baş rolları Ledi Qaqa, Adam Drayver, Cared Leto kimi aktyorlar canlandırır. Həmçinin filmdə Al Paçino və Salma Hayek kimi dünya şöhrətli ulduzlar çəkilib.

Filmin rejissoru Riddli Skott, xronometrajı 170 dəqiqə, yaş həddi isə +18-dir.

Film haqqında qısa məlumat: Gucci soyadı çox şirin, çox cazibədar səslənirdi. Dəbin, gücün, hökmün sinonimidir. Amma həmin soyad onların lənəti idi. Dünyanın ən məşhur moda imperiyalarından birində vəhşicəsinə öldürülməsinə səbəb olan eşq, xəyanət və intiqam haqqında inanılmaz hekayə.

https://www.youtube.com/watch?v=_JqXO37znNU

“Şərin iqamətgahı: Rakkun şəhəri” qorxulu film

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Almaniya, Kanada və ABŞ istehsalı olan “Şərin iqamətgahı: Rakkun şəhəri” qorxulu filmin nümayişi başlayır.

Filmin rejissoru Yoxannes Robertsdir. Baş rollarda Hanna Coy-Keymen, Kaya Skodelario və Nil MakDonaf tamaşaçıların zövqünü oxşayacaq. Xronometraj 120 dəqiqə, yaş həddi isə +18-dir.

Film haqqında qısa məlumat: Bir vaxtlar əczaçılıq nəhəngi olan “Umbrella Corporation”ın yerləşdiyi və həyatın bütün sürətlə davam etdiyi Rakkun şəhəri artıq kabus şəhərinə çevrildi. Şirkət çoxdan köçüb, lakin onun yerləşdiyi ərazidə yerin dərinliklərində böyük şər qüvvə toplayır yığır. Şər azadlığa çıxandan sonra, sağ qalmış bir neçə insanın həyatda qalması üçün yeganə şans bir yerə toplaşmaq və “Umbrella” korporasiyası haqqında bütün həqiqəti öyrənməkdir.

https://www.youtube.com/watch?v=SqWcGyjAWg4 

“Aykut enişte 2” komediyası

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Aykut enişte 2” komediyasının nümayişi baş tutur.

Filmin rejissoru Onur Bilgetay, baş rollarında isə Cem Gelinoğlu, Melis Babadağ və Lale Başar var. Xronometraj 130 dəqiqə yaş həddi +16-dır. 

Film haqqında qısa məlumat: Aykut və Gülşah toya hazırlaşır. Aykut sevdiyi xanımla ailə quracağına və Atabəyoğlu ailəsinin üzvü olacağına qərarlıdır və çox xoşbəxtdir. Gözlənilməz hadisə bütün planları alt-üst edir. Aykut və Gülşahın toyuna bir neçə gün qalmış Atabəyoğlular ailəsinin keçmiş kürəkəni Tələt peyda olur və hər şeyi korlayır.

https://www.youtube.com/watch?v=A--1hxx8ZFQ 

“5 Betər” Azərbaycan komediyası

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “5 Betər” Azərbaycan komediyasının nümayişi baş tutur.

Filmin rejissoru Vüsal Hacıqədir, baş rolların ifaçıları isə Elməddin Cəfərov, Fərda Amin, Dilarə Əliyeva, Məcid Hüseynov və Elcan Rəsulovdur. Xronometraj 110 dəqiqə, yaş həddi +12-dir.

Film haqqında qısa məlumat: Filmin dırnaqarası qəhrəmanları Elməddin (Fərda Amin ) və Natiq (Elməddin Cəfərov) bahalı bir toyun kasetini siliblər. Toy yiyəsi Qanboy (Elcan Rəsulov) müəllim və onun xanımı Südabə (Dilarə Əliyeva) üçün bu toyun kaseti çox vacib olduğuna görə qızlarına saxta toy ediblər. Filmin saxta bəyi Knyaz (Məcid Hüseynov) isə kirayə bəy agentliyinin nümayəndəsidir. Film gülməli hadisə və situasiyalarla zəngindir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, www.cinemaplus.az mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün IOS linkAndroid link-dən əldə etmək mümkündür.

Daha ətraflı məlumatı “CinemaPlus”un rəsmi sosial şəbəkə hesablarından və ya 012 499 89 88, (119) nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri