30 
Noy
2023
01:57
35
13
2042
Virtual karabakh

Ceyms Kemeronun məşhur filmi nə vaxt yayımlanacaq?

30 Noy, 2023
01:57
2042

Ceyms Kemeronun məşhur filmi nə vaxt yayımlanacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avatar” film seriyasının üçüncü hissəsi 2025-ci ilin qışında - Milad bayramının qeyd olunduğu tarixlərdə yayımlanacaq.

Bunu rejissor Ceyms Kemeron Yeni Zelandiya televiziya kanalına şərhində bildirib.

Kinorejissorun sözlərinə görə, film hazırda qızğın “post-production” mərhələsindədir, və çəkilişlər gərgin rejimdə iki il davam edəcək.

Kemeron qeyd edib ki, o, “Avatar 3”ü təkmilləşdirməyə əksər rejissorların bütöv bir film çəkməyə sərf etdiyi vaxtdan daha çox vaxt sərf edəcək.

Xatırladaq ki, seriyanın sonuncu filmi, 2009-cu ildəki “Avatar” filminin davamı olan “Avatar: Suyun Yolu” keçən il qışda nümayiş olunub. Filmin dünya üzrə kassa gəliri 2,3 milyard dolları ötüb. Filmdə hadisələr ilk filmdəki hadisələrdən təxminən 15 il sonra cərəyan edir.

Mənbə: forbes.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri