Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünyada ən yüksək vəzifədə olan qadınlar - FOTO
Mövcud olmuş əksər imperiyalar və onların bugünkü mənəvi varisləri, demək olar ki, kişilər tərəfindən idarə olunub. Ancaq müasir dövrdə qadınlar getdikcə daha yüksək siyasi vəzifələrə, o cümlədən dövlət və hökumət başçıları postlarına gətirilirlər.
Lakin BMT-yə üzv dövlətlərdə liderlik rollarının kiçik faizini qadınlar təşkil edir. BMT-yə üzv 193 dövlətin baş nazirlərinin 21 faizini, parlament üzvlərinin isə cəmi 26 faizini qadınlar təşkil edir.
Buna rəğmən, siyasi palitrada gender bərabərliyinin təmini sahəsində böyükölçülü olmasa da, müəyyən irəliləyiş qeydə alınır.
Nəticə də göz qabağındadır: dünyada dövlət və hökumət başçısı olan qadınlar var.
Oxu.Az idarəetmə yüksək vəzifə sahibi olan xanımların, o cümlədən dövlət başçısı və baş nazir vəzifələrində olan əksər qadınların siyahısını hazırlayıb.
Öncəliklə qeyd edək ki, Azərbaycanda Birinci vitse-prezident vəzifəsini Mehriban Əliyeva tutur.
Mehriban Əliyeva 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
Banqladeşin Baş naziri Şeyx Hasina 2009-cu ildən bəri ölkə hökumətinə rəhbərlik edir.
Barbadosun hazırkı Prezidenti Sandra Mason vaxtilə ölkənin birinci vitse-prezidenti də olub.
Daha sonra isə Britaniyanın Barbadosdakı təmsilçisi statusunda adanı general-qubernator olaraq idarə edib. 2021-ci ildən isə Sandra Mason prezidentdir.
Avropa qitəsində bir neçə dövlətdə qadın liderlər var.
Bosniya və Herseqovina Nazirlər Şurasının sədri xanımdır. Nazirlər Şurasına Boryano Kristo sədrlik edir.
Danimarkanın Baş naziri Mette Frederiksen 2019-cu ilin iyunundan bu vəzifəni tutur.
Katrin Yakobsdottir 2017-ci ildən İslandiyanın Baş naziridir.
İtaliyanın hazırkı Baş naziri Ciorcia Melonidir.
O, 2022-ci ilin oktyabrından etibarən İtaliya Nazirlər Şurasına sədrlik edir.
2023-cü ilin sentyabrın 15-də Latviyanın baş naziri postuna Evika Silina təyin edilib.
Estoniyanın baş naziri də zərif cinsin nümayəndəsidir.
Kaya Kallas 2021-ci ildən ölkənin hökumət başçısıdır.
Digər Baltikyanı ölkə Litvaya da xanım baş nazirlik edir.
İnqrida Şimonite 2020-ci ildən bu vəzifədədir.
Moldovanın Prezidenti Maya Sandu 2020-ci ildə bu vəzifəyə seçilib.
Slovakiyanın prezidenti də xanımdır.
Zuzana Çaputova 2019-cu ildən bu yana prezidentdir. Onun səlahiyyət müddəti 2024-cü il iyunun 24-də bitir.
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar 2022-ci ilin dekabrın 23-dən vəzifəsinin icrasına başlayıb.
Katerina Sakellaropulu 2020-ci ilin martından Yunanıstanın prezidentidir.
Afrikada yerləşən Efiopiya Federativ Demokratik Respublikasının prezidenti qadındır. Efiopiyaya Sahle-Vork Zevde prezidentlik edir.
Namibiyaya xanım Saara Kuuqongelva-Amadila baş nazirlik edir.
İris Siomara Kastro hazırda Hondurasın prezidentidir.
Hindistanın prezidenti qadındır.
Droupadi Murmuya 2022-ci ilin iyulunda keçirilən prezident seçkisində qalib olub.
Yeni Zelandiyanın general-qubernatoru Sindi Kiro 2021-ci ildən bu vəzifəni daşıyır.
Peru Prezidenti Dina Boluarte 2022-ci ildən dövlət başçısı postunu tutur.
Cənubi Qafqaz regionunda olan Gürcüstanın prezidenti qadındır. Salome Zurabişvili 2018-ci ilin dekabrından vəzifəsinin icrasına başlayıb.
Göründüyü kimi, hər yeni seçki ilə qadın lideri olan ölkələr siyahısına yeniləri əlavə edilə və ya çıxarıla bilər.
Aqil Vəlili
"Banqladeş" teqi üzrə xəbərlər
- Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı
- Banqladeşdəki daşqınlardan milyonlarla insan zərər çəkib
- Banqladeş diplomatik nümayəndələrini əvəzləyir: Qərar hansı ölkələrə aid edilir?
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb
- Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri korrupsiya ittihamlarından bəraət alıb