Dek
2023
13:22
110
8
1689
Virtual karabakh

Balaban UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi - FOTO

6 Dek, 2023
13:22
1689

Balaban UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.

Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var.

Yeni əlavə olunanlar aşağıdakılardır:

- İşıq sənəti: Təzhib/Tazhib;

- İftar və onun sosial-mədəni ənənələri;

- Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti;

- Sədəf düzmə sənətkarlığı.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri