Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Crocus City Hall”da konsert verməli olan məşhur qrupun itkin düşən üzvü tapıldı - YENİLƏNİB
Ötən gecə “Crocus City Hall”da konsert verməli olan, sonra terror aktı nəticəsində çıxışları baş tutmayan “Piknik” qrupunun itmiş üzvü tapılıb.
“Zvezda” “Telegram” kanalının məlumatına görə, o, hücum zamanı zirzəmidə gizlənib, sonra isə yanan binadan qaçmağa macal tapıb.
“Hər şey qaydasındadır, itən adam hoteldədir, zirzəmidən keçərək hotelə çıxıb”, - deyə məlumatda bildirilir.
09:45
Cümə günü “Crocus City Hall”da konserti baş tutmalı olan “Piknik” qrupunun üzvlərindən biri itkin düşüb.
Bu barədə qrupun konsert direktoru Yuri Çernışevski məlumat verib.
“Biz üzvlərdən biri ilə əlaqə saxlaya bilmirik, onun “Crocus”u tərk edib-etmədiyini bilmirik”, - deyə o, qeyd edib.
Ancaq Çernışevski komandanın hansı üzvü haqqında danışdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, “Piknik”in konserti 22 mart saat 20:00-da “Crocus City Hallda” baş tutmalı idi. Konsertdən bir neçə dəqiqə əvvəl, kamuflyajlı bir neçə silahlı şəxs binaya girərək atəş açmağa başlayıb və partlayış törədib.
Yuri Çernışevskinin sözlərinə görə, atışma başlayanda musiqiçilər qrim otağında olublar, sonra onlar oradan təxliyə olunublar.
Qeyd edək ki, son məlumatlara görə, terrorda ölənlərin sayı 70 nəfərə çatıb, azı 147 nəfər isə yaralanıb. Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.
Mənbə: TASS
Rəylər