1 iyul 2025-ci il tarixindən etibarən "Azercell" internet paketlərində bir sıra yeniliklər tətbiq edəcək.
Yeniliklərin ən diqqətçəkəni saatlıq internet paketləri ilə bağlıdır. İndiyədək bu paketlərdə tətbiq edilən 2 Mbps-lik sürət limiti istifadəçilərin video izləmə, sosial media istifadəsi və fayl paylaşımı kimi funksiyalardan tam şəkildə faydalanmasına müəyyən məhdudiyyətlər yaradırdı. Yeni qərara əsasən, bu sürət məhdudiyyəti ləğv olunur. Beləliklə, 1 və ya 3 saatlıq internet paketi alan abunəçilər daha yüksək və limitsiz sürətlə internetdən istifadə edə biləcəklər.
Bundan əlavə, gündəlik internet paketlərinin həcmi də artırılıb. Mobil internetə olan gündəlik tələbatın artması fonunda 250MB-lıq paket 350MB, 1GB-lıq paket isə 1.5GB ilə əvəzlənir ki, bu da istifadəçilərə daha geniş imkanlar təqdim edəcək.
Belə görünür ki, "Azercell"in yenilənmiş internet paketləri müxtəlif istifadəçi profilləri və ehtiyacları nəzərə alınaraq tərtib olunub. Qiymətləri 0.99 AZN-dən başlayan bu paketlər rahat, şəffaf və praktik şərtlərlə təqdim olunur.