Beynəlxalq brend olaraq tanınan HONOR yeni “HONOR X7b” smartfonunu təqdim edib. Funksionallığı və dizaynı baxımından seçilən brendin qiyməti də olduqca münasibdir. Sahib olduğu böyük və parlaq ekran, güclü prosessor, yaddaş həcmi, yüksək avtonomluq, qabaqcıl kamera və bir çox digər xüsusiyyətləri “Honor X7b” modelini daha da cəlbedici edir və üstünlüklərini ortaya çıxarır. Modelin üstünlükləri aşağıdakılardır:
Cəlbedici dizayn
“HONOR X7b”nin dizaynı minimalizmi özündə əks etdirir. Qara korpus dizayna xüsusilə incə görüntü bəxş edir. Yaşıl “HONOR X7b” də öz növbəsində xüsusilə seçilir. İki rənglə bərabər gümüşü rəngin xüsusi tonda təqdimatı diqqətləri öz üzərinə çəkir. Modelin mat örtüyə sahib olması cızılmalara qarşı funksionallığını da artırır.

Kameraların quruluşu modelə xüsusi ahəng qatmaqla bərabər dizaynı da tamamlayır. Təmiz və aydın səs effektində malik olan stereo dinamiklər səs diapazonunda özünü göstərir. Bu xüsusiyyətinə görə smartfon kiçik səs dinamikini belə əvəz etməyə qadirdir. “HONOR X7b”də iki SIM kartdan istifadə etmək və ya bir slota yaddaş kartını quraşdırmaq da mümkündür. Audioportun olması isə naqilli qulaqcıqlardan istifadəyə imkan verir.
“HONOR X7b” modelinin kompakt quruluşu daşınmasını da asanlaşdırır.
Böyük və parlaq displey
:640.jpg)
Smartfon 6,8 düyüm diaqonalı displeyə malikdir. Matrisa 850 nit-ə qədər yüksək parlaqlıq ehtiyatı ilə xarakterizə olunur. Yəni təsvir hətta parlaq günəşdə də ideal görüntünü təmin edir.
Ənənəvi olaraq, HONOR smartfonları üçün görmə qabiliyyətinin müxtəlif qorunma texnologiyaları mövcuddur. Bu, həm də qaranlıq otaqda parlaqlığın 2 nitə qədər azaldılması və mavi parıltının azalması hesabına sirkadlı gecə ekranı deməkdir.
108 MP kamera ilə həmişə dəqiq fotolar
“HONOR X7b”də dörd kamera var: frontal, 108 MP-yə sahib əsas, həddindən artıq genişbucaqlı və supermakro fotoların çəkilməsi üçün sensor. Əsas sensor yüksək işığa həssaslıqla seçilir ki, bu da gecə çəkilişi zamanı xüsusilə nəzərə çarpır.
Maraqlıdır ki, “X7b” videonu eyni anda iki kameraya yaza bilir. Məsələn, eyni anda həm frontal sensor, həm də əsas sensor aktiv ola bilər.

Güclü çip, böyükhəcmli yaddaş, tez enerji toplama
Yenilik “Qualcomm Snapdragon 680” prosessoru üzərində qurulub. Bu, smartfona ideal şəkildə uyğun gələn səkkiz nüvəli çipdir. Büdcə dostu olan smartfon gündəlik tapşırıqların yerinə yetirilməsi üçün “Snapdragon 680” ilə təchiz olunub. Yeni smartfon ilə həm filmlər, həm də oyunlardan zövq ala bilərsiniz.
Modeldə operativ yaddaş 8 GB, daxilə quraşdırılmış yaddaş isə 128 GB-dır. Əgər sistem operativ yaddaşının yetərli olmadığına qərar verərsə, o zaman əlavə daha 8 GB ayıracaqdır. Bunun nə vaxt lazım olacağına isə sistem özü qərar verir. Belə ki, əgər yığıcı kifayət etməzsə, yaddaş kartı dövrəyə girəcək.

Nəhəng 6000 mAç-lıq akkumulyator demək olar ki, istənilən intensivlikdə üç gün ərzində işləmək üçün rahatlıqla kifayət edir. Mütləq rəqəmlərdə bu, 18 saatdan çox fasiləsiz onlayn videonun işlədilməsi və ya bir gündən çox dayanmadan sosial şəbəkələrə baxmaq deməkdir. Smartfon gücü 35 Vt olan sürətli enerjiyığmanı da dəstəkləyir.
“HONOR X7b” - yüksəkeffektli smartfondur. Büdcəsi hər kəsə uyğun olan yeni model yüksək funksionallığı ilə də seçilir. “HONOR X7b” modelini “İrşad telecom”, “Kontakt Home”, “Baku Electronics”, “Elit Optimal”, “Soliton”, “Umico”, “MG Store”, “Smart Electronics” və “ByTelecom” mağazalarından nağd alış-veriş zamanı 399.99 AZN-ə əldə etmək olar.