“Müasir dünyada kulinariya diplomatiyası xalqları yaxınlaşdırmaq üçün effektiv vasitələrdən hesab olunur”.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy “Azeri Home Chef” cəmiyyətinin şəhərin ən gözəl parklarından birinin yüksəkliyində yerləşən, terrası möhtəşəm dəniz mənzərəsinə açılan “CityPark” restoranında təşkil etdiyi ”Ukranian Food Festival”ının finalına həsr olunmuş tədbiri bu sözlərlə açıb.
Ukrayna mətbəxi əsrlər boyu formalaşıb. Müasir Ukrayna ərazisində ilk aşpazlar Kiyev Knyazlığındakı məbədlərdə və knyaz saraylarında çalışıblar. Bu gün Ukrayna mətbəxinin yeməkləri keçmiş MDB ölkələri arasında ən sevimli yeməklərdəndir. Məşhur Ukrayna borşu, qaluşki, Kiyevsayağı kotlet, xolodets, Kiyev tortu və əlbəttə ki, vareniklər. Kartof püresi, göbələk və ya ətdən hazırlanmış vareniklər süfrəyə qızardılmış soğan, yaxud şkvarka ilə təqdim olunur. İçlik şirin də ola bilər: kəsmik, albalı, qaragilə və sürtkəcdən keçirilmiş alma. Bu cür vareniklər süfrəyə xama ilə verilir. Məsələnin maraqlı cəhəti ondan ibarətdir ki, bu və bir çox başqa yeməklər final mərhələsində azərbaycanlı müsabiqə iştirakçıları tərəfindən təqdim olundu. Onlar öz əl işlərinə zəhmətlə yanaşı, isti qəlblərinin bir hissəsini də qatmışdılar.
#ByCafeCity şirkəti bu tədbirin keçirilməsi üçün məhz bizi seçdiklərinə görə təşkilatçılara və Ukrayna səfirliyinə öz təşəkkürünü bildirir və xalqlarımız arasında dostluq münasibətlərinin gələcək inkişafı yolunda az da olsa töhfə verdiyi üçün qürur hissi keçirir!