Azərbaycanlı iş xanımı, “Garderobe boutique”in təsisçisi, təlimçi-marketoloq Günel Mehdiyeva Türkiyədə mükafata layiq görülüb.
Belə ki, “BHS Group”un təşkil etdiyi gecədə Türkiyə Azərbaycan Strateji və Ekonomi klubunun rəhbəri Koray Bozat tərəfindən “International Brand Expert” (beynəlxalq imic və marka mütəxəssisi) nominasiyası üzrə təltif edilib.
Möhtəşəm gecədə Türkiyənin məşhur simaları, moda ikonası İvana Sərt, eyni zamanda bir sıra ölkələrin biznes nümayəndələri də mükafat alanlar arasında olublar.
Qeyd edək ki, Azərbaycanı qardaş ölkədə peşəkar səviyyədə təmsil edən Günel Mehdiyeva bundan əvvəl də bir sıra uğurlu layihələrə imza ataraq, müxtəlif mükafatlar əldə edib.