Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Kontakt"ın "Zəfər Günü" videoçarxı ölkə xaricində mükafat qazanıb
"Kontakt"ın Zəfər Gününə özəl hazırladığı videoçarx Türkiyənin məşhur "Felis Ödülleri" müsabiqəsində qalib olub.
Qardaş ölkə Türkiyənin ən prestijli reklam müsabiqələrindən olan "Felis"də yüzlərlə yaradıcı iş arasında "Kontakt"ın "Şanlı Zəfər Günümüz mübarək, Azərbaycan!" adlı unikal videoçarxı rəqibləri kölgədə qoyaraq Korporativ Sosial Məsuliyyət və Korporativ İmic kateqoriyalarında yüksək mükafata layiq görülüb. Hər kadrı ilə Zəfər Gününün dəyərini göstərən layihə, zəfər ruhunu ölkəmizlə yanaşı, ölkəxarici auditoriyada da hiss etdirə bilib.
Artıq 19 ildir ki, reklam və marketinq sənayesində yaradıcı işləri qiymətləndirən "Felis" müsabiqəsi bu il ikinci dəfə Azərbaycanın iştirakı ilə keçirilirdi. Mükafatlandırma mərasimi isə sözün əsl mənasında təsadüfi deyil ki, Zəfər Günü ilə eyni tarixdə - noyabrın 8-i, Türkiyədə - Haliç Konqres Mərkəzində baş tutub.
Zəfərin mənəvi dəyərini təsdiqləyən bu layihənin uğuru ilə "Kontakt" bir daha öz sosial məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirdiyini sübut etdi.
Qeyd edək ki, şəbəkə "Kontakt sevindirir" şüarı ilə Azərbaycanda pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirməyə davam edir.
Qəlbətoxunan süjet xətti ilə dillər əzbəri "Qarabağ" mahnısının yer aldığı videonu buradan izləyə bilərsiniz:

"Kontakt Home" teqi üzrə xəbərlər
- "Kontakt"ın "Super günlər"ində 70%-dək endirim: YALNIZ 3 GÜN
- "Kontakt"ın Binə mağazası artıq yeni ünvanda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
- "Kontakt"da fürsətlər yağışı: 50%-dək endirimlə al, endirimli qiyməti 24 ayadək böl
- "Kontakt" ilə "İlk addımı at", endirimli qiyməti 24 ayadək böl
- "Kontakt" bu il də taksit dövriyyəsi üzrə birincilik qazandı