Nəsli kəsilməkdə olan endemik nərə balıqlarının mühafizə tədbirləri çərçivəsində “LU-MUN Holding”in törəmə müəssisəsi olan “Azerbaijan Fish Farm” şirkəti “SOCAR Trading” şirkəti ilə birlikdə dənizə 25 min ədəd nərəcinsli balıq buraxıb. Kür çayının mənsəbində baş tutan tədbirin keçirilməsində məqsəd vəhşi nərə balıqlarının populyasiyasını bərpa etmək və bu əvəzsiz növü nəsli kəsilmək təhlükəsindən qorumaqdır. Balıqların Xəzər dənizinə buraxılması mərasimində “LU-MUN Holding”in İdarə Heyətinin sədri Rüfət Tabasaranski, “SOCAR Trading” neft şirkətinin nümayəndələri, Neftçala Rayon İcra Hakimiyyətinin təmsilçiləri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru iştirak ediblər.
Xəzər dənizinin ekosistemində mühüm ekoloji rola malik olan nərə balığı təbii yaşayış yerlərinin məhv edilməsi, həddən artıq ovlanma və icazəsiz balıq ovu nəticəsində nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Xəzər dənizinin bu dəyərli varlığının qorunması zərurətini dərk edən “Azerbaijan Fish Farm” şirkəti və “SOCAR Trading” şirkəti 25 min ədəd nərəcinsli balığın təbii yaşayış yerlərinə qaytarılması ilə bağlı tədbirlər həyata keçirib. Bu təşəbbüs qeyd olunan şirkətlərin ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunmasına sadiqliklərini nümayiş etdirən yeni əməkdaşlıq nümunəsidir. Bu əməkdaşlıq səyləri çərçivəsində şirkətlər ekosistemə davamlı, müsbət təsir göstərməyi hədəfləyir. Eyni zamanda, bu tədbirlər iqtisadi aktivliyi stimullaşdıran və məşğulluq imkanları yaradan yerli istehsal müəssisələrinin açılması ilə gəliri nərə balıqlarının ovlanmasından asılı olan yerli icmalara dəstək verməyə yönəlib.
“LU-MUN Holding”in İdarə heyətinin sədri Rüfət Tabasaranski bu təşəbbüsə böyük şövqlə yanaşdıqlarını ifadə edib: “Məsul tərəf olaraq, biz nəsli kəsilməkdə olan növlərin qorunmasının və planetimizin həssas ekosistemlərin mühafizəsinin zərurətini başa düşürük. Nəsli kəsilməkdə olan 25 min ədəd nərəcinsli balığın Xəzər dənizinə buraxılması dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi prinsiplərinə sadiqliyimizin sübutudur. Bu, Xəzər regionunda akvakulturanın bərpası istiqamətində səylərimizin tərkib hissəsidir”.
25 min balığın Xəzər dənizinə buraxılması nəsli kəsilməkdə olan nərə balığı populyasiyasının dirçəldilməsi və Xəzər dənizində ekoloji tarazlığın qorunması istiqamətində aparılan işlərin mühüm mərhələsidir. “LU-MUN Holding” və “Azerbaijan Fish Farm” şirkətləri Azərbaycanda ekoloji dayanıqlığın təşviqi və məsuliyyətli akvakultura təcrübələrinin stimullaşdırılması istiqamətində əlavə imkanları öyrənməkdə davam edir. Birgə əməkdaşlıq çərçivəsində irəli sürülən təşəbbüslər icazəsiz balıq ovu ilə məşğul olan balıqçılar arasında maarifləndirmə işinin aparılmasını, onların qanuni cəhətdən daha təhlükəsiz iş mühitinə keçidinin asanlaşdırılmasını, həmçinin müasir akvakultura təcrübələri ilə tanışlıq məqsədilə uşaqlar üçün ekskursiyaların təşkilini əhatə edir.
“LU-MUN Holding” haqqında:
Dayanıqlı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “LU-MUN Holding” şirkəti ətraf mühitin mühafizəsini stimullaşdırmaq, texnoloji innovasiyaları inkişaf etdirmək və akvakultura sahəsində sınaqdan çıxmış təcrübələri təşviq etmək istiqamətində çalışır. Ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayıran şirkət dayanıqlı təşəbbüslərin təşviqi üzrə nailiyyətlərinə görə şöhrət qazanmışdır.
“SOCAR Trading” haqqında:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ticarət qolu olan “SOCAR Trading” şirkəti Avropa, Asiya, Yaxın Şərq və Amerikanı əhatə edən beş ticarət ofisində fəaliyyət göstərən 200 nəfərdən çox əməkdaşa malikdir. Onun geniş ticarət portfelinə xam neft, emal olunmuş neft məhsulları, mayeləşdirilmiş təbii qaz (LNG), mayeləşdirilmiş neft qazı (LPG), təbii qaz və ətraf mühit mühafizəsi məhsulları daxildir. Şirkət ekoloji məsuliyyəti qorumağa və fəaliyyətinin bütün istiqamətlərində dayanıqlılığı inkişaf etdirməyə sadiqdir.
KİV ilə bağlı sorğular üçün əlaqə vasitələri:
“Lu-Mun Holding”: İnsan resursları üzrə menecer, Zayra Topçiyeva
Mob: +99451 2308688
Email: zayra.topchiyeva@lmh.az
“Azerbaijan Fish Farm”: Marketinq meneceri, Günel İsmayılova
Mob: +99451 250 54 91
Email:gunel.ismayilova@azfish.az