“Mazda”, “Honda”, “Mitsubishi” və “Subaru”nun Azərbaycandakı rəsmi dilerləri müştərilərin diqqətinə bir məlumatı çatdırır.
Dilerlər yaranmış vəziyyətdə həm müştəriləri, həm də işçiləri qarşısındakı məsuliyyəti nəzərə alırlar. Buna görə də COVID-19-un yayılma hallarının azalmasında əllərindən gələni etmək üçün salonlarda və servis zonasında müvafiq təhlükəsizlik tədbirləri təşkil ediblər.
Sağlam və təhlükəsiz iş mühitinin qorunması üçün lazımi dezinfeksiya və sanitar tədbirləri yüksək səviyyədə aparılıb və diqqətlə yerinə yetirilib.
Odur ki, yaxın günlərdə “Mazda”, “Honda”, “Mitsubishi” və “Subaru” salonlarından və ya servislərindən hər birini ziyarət etmək istəyənlər planlarında dəyişiklik etməyə bilərlər.
Müştərilər, həmişəki kimi, peşəkar və təhlükəsiz şəraitdə xidmətlə təmin ediləcəklər.