Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"OBA" "Qalib ruhlar üçün yaşıl toxumlar..." layihəsi həyata keçirib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 8 noyabr Zəfər Günü və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində layihə həyata keçirib. Layihə müddətində hər filialda təsadüfi yolla seçilən 2 müştərinin adından ağac əkilməsi üçün ianə olunub. Bu səbəblə müştərilərə "Yaşıl Gələcək" sertifikatı təqdim olunub.
Ümumilikdə isə 3100 ağac qalib ruhların xatirəsini yaşadacaq.
Qeyd edək ki, layihə müddətində Müşfiqabad qəsəbəsində "OBA" əməkdaşları tərəfindən 100 eldar şamı və zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında "OBA" marketlər şəbəkəsinin şəhid əməkdaşlarının ailə üzvləri də iştirak edib. Bu təşəbbüs şəhidlərin ruhunun əbədi yaşanmasına töhfə verməklə yanaşı, ətraf mühitin qorunmasına dəstək vermək məqsədi də daşıyır. Əlamətdar hadisədə müştərilərin də qatqısı olsun deyə, ianələrin həyata keçirilməsində onlar da iştirak edib. Belə ki, "Qalib ruhlar üçün yaşıl toxumlar..." layihəsində 3100 müştəri elə qeyd olunan sayda ağacın ianəsində iştirak imkanı qanazıb. Layihə bütöv Azərbaycanı əhatə edib.
"OBA" marketlər şəbəkəsi müştərilərinin də dəstəyi ilə şəhidlərimizin əziz xatirəsini əbədi yaşatmağı və yaşıl dünya yaratmağı hədəfləyir.
Rəylər