Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ölkəmizdə IV dəfə Maliyyə İnvestisiya Forumu keçiriləcək
Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır" konsept mesajı ilə 23 may tarixində keçiriləcəkdir. Forum "Facemark" və "AFBİA" şirkətlərinin birgə təşkilatçılığı ilə Gülüstan Sarayında təşkil ediləcək.
Tədbirdə "İnvestisiyanın Gücü və Yeni Trendlər", "Uğurlu İnvestisiya Qərarları" panelləri və Məruzəçilərin çıxışlarından ibarət panel üzrə müxtəlif mövzular müzakirə ediləcək. Spikerlər öz sahələrindəki ən son yeniliklər və təcrübələr barədə maraqlı təqdimatlar edəcək, həmçinin iştirakçılar sual-cavab sessiyalarında fəal iştirak edərək, öz suallarını mütəxəssislərə ünvanlamaq imkanı əldə edəcəklər.
Tədbir iştirakçıları, sektorda tanınmış və peşəkar mütəxəssislərdən birbaşa maliyyə və investisiya sahəsindəki ən son yenilikləri öyrənə biləcək, həmçinin müasir investisiya alətləri və strategiyaları ilə bağlı praktiki biliklər əldə edəcəklər. Forumda həmçinin uğurlu investisiya strategiyaları, maliyyə bazarlarında innovativ yanaşmalar və qlobal maliyyə alətləri haqqında təqdimatlar və statistik məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, tədbirdə indiyədək 250+ spiker, moderator və 3000+ şirkət əməkdaşı iştirak edib. Sahə üzrə ən son yeniliklərdən xəbərdar olmaq və sektorda lider mövqeyə yüksəlmək istəyənlər üçün Maliyyə və İnvestisiya Forumu əvəzolunmaz bir platforma rolunu oynayacaqdır.
Tədbirə bilet əldə etmək və ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://financeandinvestmentforum.az/) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
"Facebook": https://www.facebook.com/fifbaku.az
"Instagram": https://www.instagram.com/financialinvestmentforum/
"Linkedln": https://www.linkedin.com/company/fifbaku-az/?viewAsMember=true
"Instagram sosial şəbəkəsi" teqi üzrə xəbərlər
- "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunan müğənni Nigar Rəhimova qazini polisə verdi
- Hüseyn Həsənovdan onu məhkəməlik edən Mizulinaya mesaj: "Hazır ol, əzizim"
- Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər
- Arzu Əliyevadan Naxçıvana səfəri ilə bağlı daha bir paylaşım
- Leyla Əliyeva Azərbaycan Tibb Universitetində olub