Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda növbəti "INMerge" İnnovasiya Sammiti keçiriləcək
Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startap və investoru bir araya toplayan "INMerge" İnnovasiya Sammiti 2025-ci ildə özünə daha böyük hədəflər qoyaraq hazırlıqlara start verib. Bu il beşinci dəfə təşkil olunacaq "INMerge" sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.
"PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi regionda innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. "INMerge" həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.
Xatırladaq ki, 2024-cü ildə "INMerge" İnnovasiya Sammitində "YouTube"un həmtəsisçisi Stiv Çen, "Amazon"un vitse-prezidenti və texniki direktoru Verner Vogels, "Starbucks" şirkətinin həmtəsisçisi Zev Siegl, "Waze" şirkətinin təsisçisi Uri Levine, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev kimi spikerlər qoşulublar.
Qeyd edək ki, 2025-ci il sammitində çıxış edəcək təsdiqlənmiş spikerlər tezliklə elan olunacaq. Hazırda sammit bilet satışlarını www.inmerge.az ünvanında elan edib. Ətraflı məlumat əldə etmək üçün sammitin rəsmi veb-saytına və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.
"Paşa Holdinq" teqi üzrə xəbərlər
- "PAŞA Holding"in təşkilatçılığı ilə "INMerge" İnnovasiya Sammitinin II regional tədbiri keçirilib
- Möhtəşəm kampaniya: "Birbank Visa" taksit kartı sahibləri üçün əlavə keşbek imkanı
- "PAŞA Holding"in dəstəyi ilə "Her IT Journey 3" layihəsi 2025-ci ildə davam edir
- "Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışının final mərhələsi uğurla baş çatdı
- "PAŞA Holding"in təşkilatçılığı ilə Gürcüstanda "INMerge" İnnovasiya Sammiti keçirilib