“Rahat” supermarketlər şəbəkəsi ailəsi də qanvermə aksiyasında iştirak edib.
Oxu.Az xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar karantin qaydalarına əməl edib evdə qalmaqla ətrafımızdakı insanların həyatını qorumuş oluruq.
Lakin irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını daha da artırmaq məqsədilə “Rahat” supermarketlər şəbəkəsi ailəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan verib.
Bu çətin günlərdə qanvermə aksiyasına həssas yanaşmaqla onları da unutmayaq, könüllü şəkildə qan verməklə həyat xilas edək.
“Rahat” supermarketlər şəbəkəsi əməkdaşlarından toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, qanvermə zamanı bütün dezinfeksiya qaydalarına yüksək səviyyədə əməl olunur.