Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Silk Way West Airlines" Onno Pietersmanı əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin etdi
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" Onno Pietersmanın əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmasını elan edir. Aviasiya sənayesində 25 ildən artıq təcrübəsi olan Pietersma aviaşirkətin əməliyyat səmərəliliyi, texnoloji təkmilləşdirmə və müştəri xidmətləri sahələrini yeni zirvələrə yüksəltmək niyyətindədir.
Pietersma yeni vəzifəsində "Silk Way West Airlines"ın genişlənən fəaliyyət sabitliyi və etibarlılığının möhkəmlənməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək. Bu amillər aviaşirkətin yüklərin vaxtında çatdırılma göstəricilərini əhəmiyyətli dərəcədə artıracaq.
Pietersma öz açıqlamasında bildirib ki, qarşıdakı hədəf müştərilərin məmnunluğudur:
"Şəbəkə sabitliyinin gücləndirilməsi xidmətlərimizi təkmilləşdirmək üçün vacibdir. Şəbəkə planlamasını və əməliyyatların səmərəliliyini artırmaqla biz yüklərin vaxtında çatdırılmasını təmin edib, müştərilərimizi məmnun etməyi hədəfləyirik".
"Silk Way West Airlines" şirkətinin prezidenti Volfqanq Mayer Pietersmaya dəstəyini ifadə edib: "Onnonun təsirli karyerası, həmçinin komanda işinə və prosesin təkmilləşdirilməsinə sadiqliyi davamlı olaraq əməliyyat standartlarına təkan verir. Onun strateji baxışı əməliyyat performansını və müştəri məmnuniyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək".
"Silk Way West Airlines" əmindir ki, Pietersmanın rəhbərliyi altında o, ən yüksək sənaye standartlarını müəyyən etmək öhdəliyini gücləndirməklə öz inkişafında yeni nailiyyətlər əldə edəcək.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir "Boeing 777F", "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.