"Acıbadem" xəstəxanasında xərçəngin müxtəlif növləri və mərhələləri diaqnozu qoyulmuş xəstələr üçün geniş və fərdi müalicə variantları təklif edirik. Müalicələr arasında şüa terapiyası ən perspektivli üsul kimi seçilir. Son 20 ildə "Acıbadem" xərçəngin effektiv müalicəsini təmin etmək üçün ən qabaqcıl şüa terapiyası texnologiyalarından istifadə etməkdə ön sıralarda olub.
Xərçəngin müalicəsi üç əsas strategiyaya əsaslanır: cərrahiyyə, şüa terapiyası və sistemli terapiya. Cərrahiyyə üsulu xərçəngin bir çox növü üçün əsas müalicə rolunu oynayır və şiş bədəndən tamamilə çıxarıla biləcəyi təqdirdə ən yaxşı nəticəni verir. Lakin, bəzi şişlər əməliyyat üçün təhlükəli qiymətləndirilir və ya xəstənin ümumi sağlamlığı əməliyyat üçün uyğun olmur. Bəzən cərrahiyyə əməliyyatı aparılsa da, effekt verməyə bilər, buna görə nəticələri yaxşılaşdırmaq və təkrarlanma riskini azaltmaq üçün şüa terapiyası kimi əlavə müalicələr tələb olunur.
Radiasiya Onkologiyası şiş hüceyrələrini öldürmək üçün şüadan istifadə edir. Dəqiq yönəldilmiş radiasiya şüası sayəsində cərrahi müdaxiləyə ehtiyac olmadan şiş aradan qaldırıla və ya azaldıla bilər.
Şüa terapiyası xərçəngin müalicəsində necə istifadə olunur?
Şüa terapiyası xərçəngin müalicəsində 100 ildən çox istifadə olunur. Bu gün şüa terapiyası müalicənin vacib bir hissəsidir və xərçəng xəstələrinin təxminən 50%-i bu perspektivli müalicə metodundan faydalanır.
Radiasiya terapiyası müxtəlif yollarla istifadə edilə bilər:
· Xərçəngin aradan qaldırılması üçün əsas müalicə üsulu kimi;
· Əməliyyatdan sonra, əməliyyat bölgəsində təkrarlanma riskini aradan qaldırmaq və yaxud əməliyyatdan öncə şişi kiçiltmək üçün;
· Xərçəng hüceyrələrini öldürmək üçün kimyəvi terapiya kimi sistemli müalicələrlə kombinasiya mümkündür.
"Acıbadem" Onkoloji Radiasiya şöbəsi
"Acıbadem" Onkoloji Radiasiya şöbəsi bütün dünyada müasirliyinə görə fərqlənir. Radiasiya onkoloqlarımız xəstələrə şüa terapiyasının yan təsirlərini azaltmaq və ya aradan qaldırmaq üçün ən təsirli şüa terapiyasını təqdim edirlər. Həm böyüklər, həm də uşaqlar sağlam toxumalara minimal təsir göstərərək daha yaxşı nəticələr əldə etmək üçün fərdi müalicə planları əldə edə bilərlər.
İlkin diaqnozdan uğurlu müalicəyə və sonrakı qayğıya qədər hər bir xəstənin müalicəsi hərtərəfli planlaşdırılır və tətbiq edilir.
"Acıbadem" MRI-linac, Kiber bıçağı, Qamma bıçağı, "Ethos", intraoperativ radiasiya terapiyası, "Radixact", "Braxiterapiya" və "TrueBeam" kimi ən qabaqcıl radiasiya terapiyasından istifadə edir. Hər bir xəstənin özünəməxsus ehtiyacları olduğuna görə, radiasiya onkologiyasında mövcud olan bütün texnologiyaların əlində olması həkimlərimizə bunlardan birini seçməyə və ən optimal müalicə planını hazırlamağa imkan verir.
Şüa terapiyası xərçəngin bir çox növünün müalicəsini təmin edə bilər:
· Döş xərçəngi;
· Beyin və onurğa beyni şişləri;
· Mədə-bağırsaq xərçəngi;
· Uroloji xərçəng;
· Ginekoloji xərçəng;
· Baş və boyun xərçəngi;
· Melanoma;
· Sarkoma;
· Uşaq xərçəngi;
· Ağciyər xərçəngi.
"Acıbadem" klinikası xərçəng növlərini müalicə etmək üçün şüa onkologiyasının imkanlarından istifadə edən bir neçə onkoloji mərkəzlərdən biridir. Xəstə qulluğunda bənzərsiz yanaşmamız sayəsində "Acıbadem"də müalicə almaq üçün xəstələr dünyanın hər bir yerindən Türkiyəyə gəlirlər.
"Acıbadem" Bakı nümayəndəliyi : Səməd Vurğun küçəsi, 36, telefon: (+994 12) 595-96-81
"Acıbadem" Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mkr, mənzil 15, telefon: (+994 22) 255-07-06
Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə "Acıbadem" şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.
Rəylər