Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Tornado" mühafizə şirkəti növbəti dəfə "Formula-1" yarışlarında
Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək.
13-15 sentyabr tarixlərində paytaxtımızda "Formula-1" üzrə dünya çempionatının on yeddinci mərhələsi - Azərbaycan Qran-prisi təşkil olunacaq. Yarışlar zamanı təhlükəsiz tədbirləri böyük əhəmiyyət kəsb edir.
Xüsusi hazırlıq prosesləri tələb olunan bu tədbirlərdə ən yüksək standartlar tətbiq edilir. Əldə olunmuş razılaşmaya əsasən "Formula-1" Azərbaycan Qran-prisi zamanı təhlükəsizlik tədbirləri növbəti dəfə "Tornado" mühafizə şirkətinə həvalə olunub. Şirkət 2016-cı ildən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yarışların mühafizəsi sahəsi üzrə əsas portnyorlarından biridir.
"Tornado" mühafizə şirkəti yarış dövründə qurulan postlarda müxtəlif istiqamətdə təhlükəsizlik və mühafizə işlərini həyata keçirəcək. Şirkət Bakı Şəhər Halqası ərazisində yaşayan sakinlərin buraxılış vərəqələrinə, giriş çıxışlara, telekommunikasiya naqillərinin toxunulmazlığına, yeməkxananın mühafizəsi işlərinə nəzarət edəcək.
"Tornado" mühafizə şirkəti həmçinin, yarış ərəfəsində və yürüşlər müddətində komandalara aid avadanlıqların qorunmasını təmin edəcək.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- Oskar Piastri "Formula-1" üzrə Azərbaycan Qran-prisini digərlərindən fərqləndirib
- Azərbaycanda "CFI Financial Investment Company"nin təqdimatı keçirildi: Yeni rəhbər təyin olundu
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Süni intellekt 14 yaşlı yeniyetməni öldürdü
Rəylər