Adətən “yeni dil öyrənmək istəyirəm” dedikdə ilk öncə yorucu dərs prosesi, bitmək bilməyən tapşırıqlar, dəqiq vaxtı məlum olmayan aylar, hətta illər göz önünə gəlir. Bu səbəblər insanları dil öyrənməyə həvəslə başladıqları halda heç bir nəticə əldə etmədən, tədrisi yarıda qoymalarına, stres və vaxt itkisinə gətirib çıxarır.
“EssentiAcademy By Maya” dil və şəxsi inkişaf mərkəzi xarici dillərin xüsusi Müqayisəli-Sürüşdürmə metodu ilə ev tapşırıqsız, akademik tədrisini həyata keçirən və insanlarda dil, şüur və mənəviyyatın zənginləşdirilməsi məqsədilə mütəmadi olaraq “Şərq və Qərb mənəvi mədəniyyət abidələrinin müqayisəli izahı” adlı tarixi, fəlsəfi və səmavi biliklərdən ibarət mühazirələr təşkil edən müasir, innovativ mərkəzdir.
“Xoşbəxtlik- Sizin insanlar tərəfindən başa düşüldüyünüz andır” - məqsədimiz insanlara bu anı yaşatmaq, “dil öyrənmək çətindir”, “yaşım çoxdur deyə yadımda qalmır, “çox vaxt tələb edir” və s. bu kimi fikirləri insanların düşüncəsindən yox edərək, onların dilə olan tələbatını ən yüksək şəkildə ödəmək və insanlara mənəviyyat, dil və şüurun inkişafı üçün həyati vacib biliklər verməkdir. Qeyd edim ki, adımızın mənası da (“Essentia” latın sözü olub, fəlsəfi mənada mənəviyyat, həyati vacib, əvəzolunmaz deməkdir) bizim məqsədimizi özündə əks etdirir.
“Müqayisəli-Sürüşdürmə” metodunun yaranması və xüsusiyyəti
İnsanda dil yaratma prosesi 7 yaşa qədər tamamlanaraq nitq şəklində fəaliyyət göstərir və ünsiyyət rolunu oynayır. 3-7 yaş arası uşaq eşitmə, müşahidə və müqayisə yolu ilə dil yaratmaqda möhtəşəm təcrübə qazanaraq özünün ilk “xarici dilini” yaradır hansı ki, sonradan biz həmin dili ana dili adlandırırıq. “Müqayisəli-Sürüşdürmə” metodu ana dilinin bütün elementlərini, xarici dilin bütün elementləri ilə müqayisə etməklə bir dildən, digər dilə sürüşdürür.
Həmçinin bu metodda dillərin tədrisində dialektik yanaşmadan istifadə olunur ki, bu da ilk dəfə Platonun sonradan fəlsəfi məktəb adlandırdığı akademiyasında (b.e.ə.387-ci ildə) həyata keçirilib.
“İnformasiya-beyin onu tətbiq edə biləcəyi anda biliyə çevrilir”- metodun ən başlıca xüsusiyyəti və unikallığı dili və ya hər hansı bir informasiyanı beynin tətbiq edə biləcəyi formada insana ötürməsindədir ki, bu da dil öyrənmə prosesini xeyli asanlaşdıraraq insanda heç bir çaşqınlıq yaratmır. Tədris prosesində yeni sözlər kontekstdə, sözlərin sematik obrazı yaradılaraq öyrədilir. ilk dərsdə tapşırıqlar müqayisəli material üzərində verilir və artıq dərsin sonunda tələbələr öyrəndiyi dildə ilk cümləni qura bilir. Bu da o deməkdir ki, istənilən yaşda insan bu metodla arzuladığı dili 3 aya, ev tapşırıqsız, yarıda qoymadan, sona qədər öyrənə bilər.
“Müqayisəli-Sürüşdürmə” metodunun müəllifi Maya İsgəndərova metodu 1988-ci ildə Moskvada A.V.Batalovun rəhbərliyi altında və onun aspirantı kimi Səhnə danışığı və aktyor ustalığı fənni üzrə dərs dediyi həmçinin Şərq və Qərb kino mədəniyyətləri münasibətinin psixoloji problemləri mövzusunda tədqiqat apardığı zaman zərurət nəticəsində yaradıb. Belə ki, müəllimlərə əcnəbi tələbələri səhnəyə çıxarmaq üçün yerli dilin qısa müddətdə onlara öyrədilməsi tapşırığı verilir. Maya xanım vaxtın məhdudluğunu nəzərə alaraq səhnə əsərinin ingilis dilində versiyasını müqayisəli yolla, dilin bütövlüyünü saxlamaq şərtilə, 5 ay ərzində yerli dilə bir növ sürüşdürərək çevirir. Bu çox uğurlu alınır və hər kəs tərəfindən böyük marağa səbəb olur. Sonralar Maya xanım metodu daha da təkmilləşdirərək müddəti 3 aya endirməyə nail olur. Hal-hazırda bu metod xarici dilin akademik şəkildə, ən asan və qısa müddətdə öyrənmə üsuludur.
Niyə “ESSENTİACADEMY by Maya”?
Komandamızın peşəkar olması, o cümlədən akademiyanın sütunu olan Maya İsgəndərovanın bir neçə sahədə yüksək ali təhsil və təcrübəyə malik olması, həmçinin metodun uzun illər sınaqdan keçərək uğurlu nəticə verməsi, düşünürəm ki, bu suala yetərli cavabdır və bizim düz yolda olduğumuzun göstəricisidir. Maya xanımla tanışlığım təsadüfi olsa da Mən bu tanışlığı təsadüfdən doğan zərurət adlandırardım, çünki hesab edirəm ki, Maya xanımdan öyrənəcəyimiz çox dəyərli biliklər və bu gün bu biliklərə ehtiyacı olan bir çox insanlar var.
Mən, Könül İmranova akademiyanın təsisçisi olaraq dəyərli vaxtını bizə sərf edib səhifəmizə nəzər salan hər kəsə təşəkkürümü bildirir və arzu edən hər kəsi akademiyanın xidmətlərindən yararlanmağa dəvət edirəm. Sonda fikrimi Maya xanımın müəllifi olduğu dəyərli sitatı ilə tamamlayıram.
Maya İsgəndərova: “İnsanlar bir-birindən öz şüurlarının səviyyəsi və bu şüurun mənəviyyat dərəcəsi ilə fərqlənirlər”.
WhatsApp/Mob:+994 50 236 35 25
https://www.instagram.com/essentiacademy/
Email: info@essentiacademy.com
Dilarə Əliyeva küç. 251A, 8-ci mərtəbə.