Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xətai rayonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
Noyabrın 8-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Zahid Oruc, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. Vurğulanıb ki, bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşayırıq. Artıq üçrəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə ölkə başçısının siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, tədbir iştirakçılara şəhidlərə rəhmət, qazilərimizə cansağlığı diləyiblər. Eyni zamanda tədbirdə Ali Baş Komandana və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.
Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bədii-musiqili proqram təqdim edildi. İncəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olundu.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda ölkə başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Sonda isə atəşfəşanlıq təşkil olunub.
Konsert proqramından sonra şəhid ailələri və qazilər üçün ziyafət təşkil olunub.
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Azərbaycanda 2025-ci ilin qeyri-iş günləri açıqlanıb
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Metronun bir stansiyasının yaxınlığında piyadaların rahat gediş-gəlişi təmin olunub
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 11.12.2024
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 09.12.2024