Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ətin daha bir təhlükəsi açıqlandı
ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildiriblər ki, ət məhsullarının hazırlanmasında istifadə edilən kimyəvi maddələr maniakal sindromu riskini artırır.
Oxu.Az xəbər verir ki, bununla bağlı məqalə “Molecular Psychiatry” jurnalında yayımlanıb.
Mütəxəssislər 2007-2017-ci illərdə yaşı 18-65 olan, sağlam və ya psixi xəstəlikdən əziyyət çəkən 1101 insan üzərində araşdırmalar aparıblar.
Məlum olub ki, maniakal sindromundan əziyyət çəkən insanlar sağlam şəxslərdən fərqli olaraq, 3,5 dəfə çox ət yeməkləri qəbul edir.
Siçovullar üzərində aparılan ekspertimentlər göstərib ki, ətin konservləşdirilməsi zamanı ona qatılan nitrat iki həftə müddətində heyvanlarda hiberaktivlik yaradır.
Maniakal sindromunun əlamətləri hebrtamiya və ruhi həyəcandır.