Amerikalı milyarder İlon Maskın oğlu Ksavyer Aleksandr Mask atası ilə bütün əlaqələri kəsmək, adını və cinsiyyətini dəyişdirmək qərarına gəlib.
18 yaşı tamam olan Mask Los-Anceles məhkəməsinə aprel ayında müraciət etsə də, bu barədə məlumatlar mediaya bu yaxınlarda sızıb. Müraciətlə bağlı məhkəmə sənədləri PlainSite.org saytında yerləşdirilib.
Aydın olub ki, Ksavyer Aleksandr Mask sənədlərdə cinsiyyətinin rəsmi olaraq kişidən qadına dəyişdirilməsi və adının Vivian Cenna Uilson kimi qeydiyyata alınması üçün məhkəməyə müraciət edib.
Maskın oğlu qərarını onunla izah edir ki, o, bioloji atası ilə yaşamır, həmçinin onunla heç bir şəkildə və hər-hansı formada qohum olmaq istəmir.
Xatırladaq ki, Ksavyer Aleksandr Mask və əkiz qardaşı Qriffin milyarderlə keçmiş arvadı Castin Uilsonun övladlarıdır.
2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var. Maskın digər iki övladının anası müğənni Qraymsdır (Kler Buşe).
Mənbə: Reuters