Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda valideyn uşağına "Zeynəb Fatimə Məryəm" adı qoymaq İSTƏYİB
Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: "Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli, yaxud Fatimə adının 15-20 nəfərdə olması yaxşı hal deyil".
Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:
"Məsələn, uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib".
Rəylər