Yaponiyanın qərbində yerləşən Osaka şəhərində Santa Klaus paltarı geyinmiş təqribən altı min nəfər xeyriyyə qaçışında iştirak edib. Tədbirdən toplanan vəsaitin əsas hissəsi xəstə uşaqlar üçün Milad bayramı hədiyyələrinin alınmasına sərf olunacaq.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, iPS hüceyrələri üzrə tədqiqatçı, fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Sinya Yamanaka iştirakçılar qarşısında çıxış edib. O, ümid etdiyini bildirib ki, bu xeyirxah addım xəstə uşaqlara xoş təsir bağışlayacaq.
İştirakçılar Osaka qəsrinin ətrafındakı parkda 3 və 5 kilometr məsafələrə qaçmış, xatirə şəkilləri çəkdirmişlər.
A.S.
www.oxu.az