Əfqan molla Məhəmməd Əmin (Gündüz vilayətindən) 10 yaşlı qızı zorlamağa görə 20 il həbs cəzası alıb.
Oxu.Az xəbər verir ki, cinayət bu ilin mayında törədilib. İstintaq müəyyən edib ki, Əmin məscidi yığışdırmağı xahiş etdiyi üç qıza qarşı əxlaqsız hərəkətlər edir. İki potensial qurban hadisə yerindən qaça biliblər.
Polisin sözlərinə görə, mollanı o, qaçmağa hazırlaşarkən saxlayıblar.
Zərərçəkmiş qızın qohumları, həmçinin qadın ictimai təşkilatları məhkəmənin hökmünü Əfqanıstanda seksual təcavüz qurbanlarının hüquqları uğrunda nadir qələbə kimi qiymətləndirirlər. Belə ki, bir çox hallarda məhkəmələr qadınlar üzərində zorakılıq hallarını xəyanət kimi nəzərdən keçirirlər, bu zaman qadın müttəhimə çevrilir və hətta həbs edilə bilər.
Frans-Press Agentliyinin məlumatına görə, ötən həftə Əfqanıstanda dörd qadını qrup şəklində zorlamaqda günahkar bilinmiş beş kişini asıblar.