Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
2023-cü ilin ilk Nobel mükafatı laureatları açıqlanıb - FOTO
Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2023-cü ildə “Fiziologiya və ya tibb” nominasiyası üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Mükafatı koronavirus peyvəndinin hazırlanmasında əvəzedilməz xidmətləri olan macar biokimyaçı Katalin Kariko və amerikalı alim Dryu Veysman alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “X” hesabında xəbər verilib.
Bildirilir ki, alimlər Nobel mükafatını “nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” alıblar; bu kəşf mRNT vaksinlərinin hazırlanmasına imkan verir.
BREAKING NEWS
— The Nobel Prize (@NobelPrize) October 2, 2023
The 2023 #NobelPrize in Physiology or Medicine has been awarded to Katalin Karikó and Drew Weissman for their discoveries concerning nucleoside base modifications that enabled the development of effective mRNA vaccines against COVID-19. pic.twitter.com/Y62uJDlNMj
Rəylər