Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nobel həftəsinin tarixi və yeri açıqlandı
Bu il Nobel həftəsi oktyabrın 2-dən 9-dək Stokholm (İsveç) və Osloda (Norveç) baş tutacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə mükafatın rəsmi saytında xəbər verilib.
Həmin həftə ərzində fiziologiya və tibb (oktyabrın 2-də), fizika (oktyabrın 3-də), kimya (oktyabrın 4-də), ədəbiyyat (oktyabrın 5-də), sülh (oktyabrın 6-da), eləcə də iqtisadi elmlər üzrə (oktyabrın 9-da) Nobel mükafatları laureatları elan ediləcək.
Məlumata görə, fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, sülh nominasiyası üzrə mükafat Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.
Təqdimat mərasimi dekabrın 10-da - mükafatların təsisçisi Alfred Nobelin (1833-1896) vəfat etdiyi gündə baş tutacaq.
Yeri gəlmişkən qeyd edək ki, Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə dəvətini İsveçdə sərt reaksiya səbəbindən geri götürüb. Müvafiq bəyanat təşkilatın saytında dərc olunub.
“Biz İsveçdə bu qərarı (bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək) tamamilə kölgədə qoyan kəskin reaksiyanı nəzərə aldıq. Ona görə də qərara gəldik ki, təcrübədən keçən ötənilki istisnanı təkrar edək, yəni Stokholmda keçirilən Nobel mükafatı mərasiminə Rusiya, Belarus və İran səfirlərini dəvət etməyək”, - deyə fonddan bildirilib.
"İran" teqi üzrə xəbərlər
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- İranda rusiyalı sürücü öldürülüb
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
Rəylər