Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib
2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) hesabatına istinadən məlumat verib.
Bildirilir ki, bu il ölkə zindanlarında ən azı 883 nəfər dar ağacından asılıb. Edam edilənlərdən 26 nəfəri qadın, beş nəfər isə 18 yaşdan kiçik olub. Onlardan 51,87%-i narkotik qaçaqmalçılığında, 40,54%-i qətldə, iki faizi cinsi zorakılıqda, digərləri isə silahlı soyğunda günahlandırılıb.
Qeyd olunub ki, ölüm hökmünün icrasına görə həbsxanalar arasında Kərəcin Qızılhisar və Şirazın Adilabad zindanları ilk sıradadır.
Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatı 2023-cü ildə dünya üzrə edamların 74%-nə İranın cavabdeh olduğunu vurğulayıb.
"İranda edamlar" teqi üzrə xəbərlər
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- İranda siyasi məhbus: "Hər dörd saatdan bir edamın şahidi oluruq"
- Borumənd Fondu: "İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib"
- İranda edama məhkum edilmiş məşhur reper azadlığa buraxıldı
- İranda məhbuslar 43 həftədir aclıq aksiyası keçirirlər
Rəylər