Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumuna görə GERİ QAYITDI
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.
Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
Bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı (Rusiya) istiqamətində uçan AZAL təyyarəsi geri qayıtmalı olub.
Oxu.Az xəbər verir ki, görüntüləri "Flightradar24" paylaşıb.
Buna dron hücumunun səbəb olduğu bildirilir.
"Azərbaycan Hava Yolları"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Rusiyada miqrantlara qarşı yeni qaydalar qüvvəyə mindi - Xəbərlərin 20:00 buraxılışı
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Qazaxıstanlı nazirdən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
- Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşlar DAYANDIRILIR
- AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirilib
Rəylər