Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan Brüsselə səfər edəcəklər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, onlar NATO-nun “28+Ermənistan” formatında nəzərdə tutulan toplantısında iştirak edəcəklər.
Toplantı sabah, mayın 20-də keçiriləcək.