"İran nüvə sənayesini inkişaf etdirmək üçün çox şeyi qurban verib və öz ərazisində uranı zənginləşdirmək imkanını saxlamadan ABŞ ilə saziş bağlamayacaq".
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı "X" hesabında paylaşım edib.
"İrana bu imkanlar baha başa gəlib və elə bir ssenari yoxdur ki, biz arzumuzu gerçəkləşdirən vətənpərvərlərdən əl çəkək. Təkrar edirəm: zənginləşdirmə yoxdur - saziş də yoxdur. Nüvə silahına yox - saziş var", - deyə o yazıb.
Abbas Əraqçının sözlərinə görə, çox az ölkə nüvə reaktorlarına müstəqil xidmət göstərmək imkanına malikdir, çünki bunun üçün güclü sənaye bazası və lazımi insan resurslarını təmin edə bilən elmi-texniki kompleks lazımdır.
O əlavə edib ki, İran heç bir halda əldə etdiyi nəticələrdən imtina etməyəcək.
