Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Abbas Əraqçı Oman vasitəsilə Tehranın mövqeyini ABŞ-yə çatdırıb
İran XİN başçısı Abbas Əraqçı Oman vasitəçiləri vasitəsilə Tehranın mövqeyini ABŞ-yə çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İİR Xarici İşlər Nazirliyinin "Telegram" kanalında xəbər verilib.
"İranın xarici işlər naziri Abbas Əraqçı omanlı həmkarı Badr ben Hamad ben Hamud əl-Busaidi ilə görüşü zamanı ona sonradan ABŞ nümayəndə heyətinə ötürmək üçün Tehranın əsas istiqamətlərini və mövqeyini təqdim edib", - deyə bəyanatda bildirilib.
Qeyd edilib ki, Oman xarici işlər naziri öz növbəsində Əraqçını ABŞ ilə bu gün keçiriləcək danışıqların qaydası barədə məlumatlandırıb.
Xatırladaq ki, bu gün Omanda İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ilk raundu keçirilir. Əsas danışıqçılar İslam Respublikasının XİN başçısı Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff çıxış edirlər. İran tərəfinin bəyanatlarına görə, danışıqlar Maskatın vasitəçiliyi ilə keçiriləcək. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun qeyd edib ki, şənbə günü əlaqələri danışıqlar deyil, görüş kimi xarakterizə etmək olar.