ABŞ-də şatdaun səbəbindən 700-dən çox aviareys ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat verib.
Bildirilir ki, reyslərin ləğvinə ABŞ Federal Mülki Aviasiya İdarəsinin addımları səbəb olub. Qurum ölkənin 40 ən böyük hava limanının buraxılış qabiliyyətini məhdudlaşdırmağa davam edir.
Saat 06.00 üçün (Bakı vaxtı ilə 15.00) ABŞ-də 754 reys ləğv edilib.
Amerika hakimiyyəti hökumətin işinin dayandırılması səbəbindən uçuşları məhdudlaşdırmaq qərarına gəlib.
ABŞ Prezidenti Donald Tramp şatdaunun dayandırılmasının Demokratlar Partiyasından asılı olduğunu bəyan edib.