Hər bir xalqın tarixində müqəddəs tarixlər olur. Bunlar, adətən, müəyyən bir xalqın tarixində sonradan onun ruhunun simvoluna çevrilən hadisələrin baş verdiyi günlərdir. Bu hadisələr həm şanlı, həm də faciəli ola bilər.
Oxu.Az xəbər verir ki, bu fikirlər "Caliber"in "YouTube" səhifəsində yayımlanan yeni süjetində yer alır.
Bildirilir ki, Azərbaycan xalqı özünün formalaşması və əsrlər boyu davam edən tarixi boyunca ciddi sınaqlardan keçib. Tariximizdə zəfərlər və itkilər, sevinc və kədər bol olub.
"Bu gün 8 Noyabrdır. Düz beş il əvvəl bu tarix Azərbaycan xalqının milli qüruru və ləyaqətinin ucaldığı sarsılmaz bir dayaq oldu. O gün, həmin dayaq "Dəmir Yumruq" kimi formalaşdı".
Daha ətraflı "Caliber"in süjetində: