Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ 300-ə yaxın incəsənət əsərini Hindistana qaytaracaq
ABŞ Hindistan ərazisindən oğurlanmış və ya qeyri-qanuni yolla çıxarılmış 300-ə yaxın sənət əsərini Hindistana qaytaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.
"Hindistanın baş naziri Narendra Modinin ABŞ-yə səfəri ilə əlaqədar ABŞ tərəfi Hindistandan oğurlanmış və ya çıxarılmış 297 qədim əşyanın geri qaytarılmasına şərait yaradıb. Onlar tezliklə Hindistana qaytarılacaq", - məlumatda deyilir.
Bildirilib ki, incəsənət obyektlərinin qaytarılması 2023-cü ilin iyununda ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Modi arasında keçirilən görüşdən sonra birgə bəyanatda əks olunan öhdəliklərə uyğun olaraq baş tutacaq.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ Senatı Türkiyədəki yeni səfirini təsdiq etdi
- Trampdan avtoritar lider olması ilə bağlı etiraf: "Həqiqətən, heç istəməzdim ki, belə düşünsünlər"
- Tramp Miçiqanda rəqs edib və sorğulara inanmadığını bildirib
- ABŞ Rusiya və Ukraynaya şərt qoydu
- Tramp Ağ Evi öz vəsaiti ilə təmir etdirdi: 24 karatlıq qızıl detallar göz oxşadı