Amerika Birləşmiş Ştatlarının Flaqstaff şəhərində sisternin yolda aşması nəticəsində 13 min litrdən çox maye şokolad yola axıb.
Oxu.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu haqda Arizona ştatının təhlükəsizlik idarəsi məlumat yayıb.
Yol nəqliyyat hadisəsi nəticəsində meydana gələn “şokolad çayı” nəqliyyatın hərəkətini tamamilə iflic edib.
Təhlükəsizlik idarəsinin rəsmisi yol-nəqliyyat hadisəsinin fəsadlarının aradan qaldırılmaqda olduğunu bildirərək, zarafatyana “təmizlik işlərinin dadlı olacağını” dilə gətirib.
There is a river of chocolate blocking/flowing in the westbound lanes of I-40 at milepost 211, east of Flagstaff. A tanker truck carrying 40-thousand gallons of liquid chocolate rolled over. This will be a sweet cleanup! pic.twitter.com/G03eVdNQZD
— Dept. Public Safety (@Arizona_DPS) 14 January 2019