İngiltərənin “Arsenal” komandasının futbolçusu Məsut Özil nişanlanıb.
Oxu.Az-ın “Sabah” qəzetinə istinadən xəbərinə görə, o, özünə ömür yoldaşı olaraq Türkiyə gözəli və aktrisa Əminə Gülşəyi seçib.
Nişan ailə daxilində keçirilib. Cütlük nişan mərasimindən fotonu sosial şəbəkədə paylaşıb.
Əminə fotoya “Sonsuzadək”, Məsut isə “Allahın izni ilə” sözlərini yazıb.