ABŞ-nin Kaliforniya ştatının Stokton şəhərində baş vermis atışmada dörd nəfər həlak olub.
Oxu.Az bu barədə "Fox KVTU" telekanalına istinadən xəbər verir.
Şəhər merinin müavini Ceyson Li məlumat verib ki, atışma dondurma mağazasında təşkil edilmiş ad günü şənliyində olub.
Gecə saatlarında qeydə alınmış atışmada daha 14 nəfərin yaralandığı bildirilir.
İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil.