Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ də Faşizm üzərində Qələbə Gününü qeyd edəcək, amma fərqli tarixdə
"Birləşmiş Ştatlar İkinci Dünya müharibəsində qələbə üçün digər ölkələrdən daha çox şey edib".
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında yazıb.
"Bir çox müttəfiqlərimiz 8 mayı Qələbə Günü kimi qeyd edirlər, lakin məhz biz qələbə üçün hər hansı digər ölkədən daha çox şey etmişik", - deyə Tramp yazıb.
Onun sözlərinə görə, ABŞ həm Birinci, həm də İkinci Dünya müharibələrini qazanıb.
"Cəsarət, güc və hərbi ustalıq baxımından amerikalılara heç kim yaxın olmayıb", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, yenidən qələbələri bayram etməyin vaxtı gəlib.
"8 mayı İkinci Dünya müharibəsində Qələbə Günü, 11 noyabrı isə Birinci Dünya müharibəsində Qələbə Günü elan edirəm", - deyə Ağ Ev rəhbəri yazıb.
"9 May - Faşizm Üzərində Qələbə Günü" teqi üzrə xəbərlər
- Sovet bayrağı ilə gündəmə gələn qalmaqallı şuraya SƏDR SEÇİLDİ
- SSRİ bayrağı qalmaqalı davam edir: Yeni sədr istefa verdi
- Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib"
- İmişlidə keçmiş SSRİ bayrağı qaldıran sədr danışdı: "Bunun nəyi pisdir ki?"
- Holokostun ən məşhur şahidlərindən biri Qələbə Günündə dünyasını dəyişdi