Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-də iranlı jurnalistə qarşı sui-qəsddə azərbaycanlı təqsirli bilindi
ABŞ-nin federal məhkəməsi Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan 40 yaşlı Polad Ömərov və İran vətəndaşı 46 yaşlı Rafət Əmirovu İran hökumətinin dəstəyi ilə Nyu-Yorkda iranəsilli amerikalı jurnalist və fəal Məsih Alinecada qarşı sui-qəsdin təşkilində təqsirli hesab edib.
Oxu.Az Civil.ge-yə istinadən xəbər verir ki, onlara qarşı ümumilikdə beş maddə - sifarişli qətl, sifarişli qətlin yerinə yetirilməsi məqsədilə sözləşmə, çirkli pulların yuyulması məqsədilə sözləşmə, hədə-qorxu ilə tələb etmək məqsədilə adam öldürməyə cəhd, odlu silahın saxlanılması və istifadəsi üzrə ittihamlar irəli sürülüb.
Bildirilir ki, qətl 500 000 ABŞ dolları müqabilində planlaşdırılıb.
Cinayət işi üzrə yekun qərar sentyabr 17-də elan ediləcək.
Qeyd edək ki, 48 yaşlı Məsih Alinecad 2009-cu ildə İranı tərk edib və Nyu-Yorkda yaşayır.
"Sui-qəsd cəhdi" teqi üzrə xəbərlər
- Avstraliyanın İrandakı keçmiş səfirinə sui-qəsd cəhdi edilib
- Putin kilsəyə gedərək, Tramp üçün dua edibmiş
- DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsd cəhdinə rəhbərlik edən şəxsin oğlu da həbs olundu
- ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
- Kolumbiya prezidentini öldürmək istəyən narkokartel başçısı məhv edildi