Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də Ölüm Vadisində unikal təbiət hadisəsi aşkarlandı
Şimali Amerikanın Ölüm Vadisində alimlər yağış nəticəsində əmələ gələn müvəqqəti, nəhəng göl aşkarlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "LiveScience" jurnalı yazıb.
Ölüm Vadisi Şimali Amerikanın ən aşağı nöqtəsidir - səhra dəniz səviyyəsindən 86 metr aşağıda yerləşir, buna görə də, ərazidə tez-tez su hövzələri əmələ gəlir ki, bu da ərazinin quraqlığı səbəbindən tez quruyur.
Nəşrin məlumatına görə, əksər göllər bir neçə həftə ərzində quruyur, lakin bu yaxınlarda aşkar edilmiş su hövzəsi istisna təşkil edib.
Kaliforniyada Milli Parkın şərq sərhədləri daxilində, Beduoter hövzəsinin düz mərkəzində yığılmış su altı aydan çox qurumadan qalıb. Hazırda ekspertlər bu fenomenin səbəblərini izah edə bilməyiblər.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də təxminən 40 il əvvəl həbsxanadan qaçan cinayətkar saxlanılıb
- ABŞ-də Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"