Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-də onlarla maşın toqquşub: Avtomobillərində qalan insanlar kömək gözləyirlər
ABŞ-nin Oreqon ştatında onlarla avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "The Associated Press"ə istinadla xəbər verir ki, Maltnoma şəlaləsi rayonundakı yolda 20-dən 30-dək nəqliyyat vasitəsi toqquşub.
Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi kimi boran və yolda görünüş məsafəsinin sıfıra düşməsi göstərilir.
Hadisə nəticəsində maşınlardan biri yanıb, avtomobildəki insanlar xəsarət almayıblar. Bəzi vətəndaşlar öz nəqliyyat vasitələrində təcrid olunmuş vəziyyətdə qalıblar. Xilasedicilər onlara çatmağa çalışırlar.
Hadisə zamanı dörd nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.