Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Azərbaycanda Hərbi Hava Qüvvələrinin yaranma günüdür](https://images.oxu.az/2025/02/14/sdx7O97KlcSWybEKy6e4QgxbDD2xBtVufrXsAQ1o:1200.webp)
Azərbaycanda Hərbi Hava Qüvvələrinin yaranma günüdür
Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür.
Oxu.Az xəbər verir ki, hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir.
14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.
1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.
Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün "Qarabağ mücrüsü" adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb.
Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.
Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.
"Hərbi Hava Qüvvələri" teqi üzrə xəbərlər
- Qırıcılarımız səmaya qalxdı
- İranda "Məcid" raket sistemi işə salındı
- Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib
- Şahinlərimiz səmada: "Su-25" və "Su-25 ML" hücum təyyarələri ilə yüksək pilotaj
- General Nizami Məmmədov və zabitlər hakim qarşısında: Mənimsənilən puldan cəmi 38 milyonu qaytarılıb