Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "İl-76MD" təyyarəsi ölkənin dəniz səviyyəsindən 13 629 fut (təxminən 4 154 metr) yüksəklikdə yerləşən Nyoma şəhərində eniş edib.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistan HHQ "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, bu, həmin tip təyyarənin dünyada ən yüksək ərazidə həyata keçirdiyi eniş olub.
"İl-76MD" ağır nəqliyyat təyyarələrinin daxil olduğu "İl-76" ailəsinə aiddir. Təyyarə hərbi texnikanın, şəxsi heyətin və yüklərin daşınması, desant qüvvələrinin endirilməsi, həmçinin yaralıların təxliyəsi üçün nəzərdə tutulub.
"İl-76MD" 60 tona qədər faydalı yük daşıya bilir. 52 ton yüklə uçuş məsafəsi isə 5 000 kilometrə çatır.